Əl işi təbii dəri məhsulları
Pul qabı, kəmər, çanta və aksesuarlar Bakıda əl ilə hazırlanır. Seçin, WhatsApp-da yazın, sifarişinizi çatdıraq.
- 100% əl işi
- Təbii dəri
- Sifariş WhatsApp ilə
Məhsullar
Necə sifariş etmək olar
- Məhsulu seçin
Kataloqdan sizə uyğun modeli tapın.
- WhatsApp-da yazın
Rəng, ölçü və ya şəxsi yazı istəyinizi bildirin.
- Hazırlayıb çatdırırıq
Məhsul sizin üçün əl ilə hazırlanır.
Haqqımızda
Rocn Atelier
Rocn Atelier 2021-ci ildə təsis edilib. Əvvəlcə hobbi kimi başlayan əl işi zamanla tələbata uyğun olaraq müxtəlif növ dərilərdən zövqə uyğun məhsullar hazırlayan istehsala çevrildi. Bir vaxtlar uşaqlıq arzusu olan tikiş indi zövqünüzə uyğun məhsullara çevrilib. Fərqli tərz və üslubla, ən əsası isə sizin məmnuniyyətiniz üçün xidmətinizdəyik.
- Əl işi ilə hazırlanmış keyfiyyətli dəri məhsulları təqdim edirik.
- Hər bir məhsulumuzda zövq və peşəkarlıq birləşir.
- Pul qabı, kəmər, çanta və digər aksesuarlar tamamilə əl işidir.
- Sizin üçün uzunömürlü və estetik məhsullar yaradırıq.
Tez-tez verilən suallar
Çatdırılma neçə gün çəkir?
Sifarişlərin hazırlanması normalda 3-4 günə başa gəlir
Məhsullar necə hazırlanır?
Məhsullar tələbə və sifarişlərə və zövqə uyğun olaraq xaricdən(türk və italiya)gələn fərqli növ və fərqli rəngdə dərilərdən hazırlanır.
Müştəri rəyləri
Dostumun ad günü üçün xüsusi bir şey axtarırdım və bu mağazadan əl işi dəri pul qabı sifariş etdim. Məhsul çox keyfiyyətli idi – tikişlər səliqəli, dəri isə qalın və yumşaq idi. Qutusu belə zövqlə hazırlanmışdı. Hədiyyəni təqdim edəndə dostumun reaksiyası hər şeyə dəyərdi. Artıq ailə üzvlərim üçün də sifariş verməyi planlaşdırıram.
Əl işinə hər zaman dəyər vermişəm və bu mağazadan aldığım dəri çanta mənim gözləntilərimi aşdı. Həm gündəlik istifadə üçün rahatdır, həm də dizaynı çox zərifdir. Hər dəfə çantanı taxanda tanımadığım insanlar belə soruşurlar haradan almısan deyə. Bu məhsullarda sənət, zövq və sevgi birləşib – bu, çox aydın hiss olunur.
Sifariş verdiyim dəri kəmər məni tamamilə razı saldı. Həm materialı, həm də istehsalı çox yüksək səviyyədədir. Paketləmə, çatdırılma və xidmət mədəniyyəti mükəmməl idi. Belə bir məhsulu sıradan mağazalarda tapmaq mümkün deyil. Gələcəkdə yalnız buradan sifariş verəcəyəm.
Bizimlə əlaqə
- Ünvan
- Baku, Azerbaijan
- Telefon
- +994552960640